Ermənilərin istifadə etdiyi `Şmel` nədir? - ARAYIŞ (VİDEOXƏBƏR)

Ermənilərin istifadə etdiyi `Şmel` nədir? - ARAYIŞ (VİDEOXƏBƏR)
  17 Yanvar 2017    Oxunub:65136
Erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

AzVision.az xəbər verir ki, Əfqanıstanda “Şeytan-borusu” və ya “Qara ölüm” kimi tanınan bu silah böyük dağıdıcı qüvvəyə malikdir. "Şmel"dən atəşkəs dövründə, qeyri-döyüş şəraitində istifadə yolverilməz hesab olunur və bu, hərbi cinayət kimi qiymətləndirilir.

Odsaçanın parametrlərinə gəlincə, o, hədəfin qapalı atəş nöqtələrini sıradan çıxarmaq, yüngül zirehli və təkərli texnikasını məhv etmək üçün nəzərdə tutulub. "Şmel" reaktiv odsaçanı 80 kvadratmetr sahədə 1000 dərəcə selsi istilik yaradır.



Dünyanın bir çox ordularının sərəncamında olan odsaçanlar bir sxemlə işləyir - yüksək təzyiq altında lülədən yandırıcı maye qarışığı atılır və düşdüyü yeri yandırır.

SSRİ dövründə yandırıcı qarışığı xüsusi kapsullara yerləşdirilir və qumbaraatanlardan atılırdı. Sonrada bu cür qumbaraatan-odsaçanlarına “Şmel” adı verilib. Taktik-texniki xüsusiyyətlərinə görə, “Şmel” odsaçanının açıq yerdə dağıdıcılıq gücü 50 kv.m bağlı sahədə isə 80 kv.m təşkil edir.



İlk dəfə bu silahdan Əfqanıstanda mücahidlərin gizləndiyi magaraları dağıtmaq üçün istifadə edilib. Silahın atəş məsafəsi 200 metrdir. Fuqas təsirinə görə, 122-152 mm artilleriya mərmilərdən geri qalmır. Partlayış zamanı yüksək temperatur impulsuz təzyiqin kəskin aşağı düşməsi ilə müşaiyət olunur. Nəticədə həmin radiusda yerləşən bütün canlı və cansız qüvvə bir anın içində məhv olur. Bundan əlavə “vakum bombası” effekti yaranır. Yaranan alovda və təzyiqin ani olaraq kəskin aşağı düşməsi nəticəsində canlı qüvvənin sağ qalması mümkün deyil.



13 kq ağırlığında olan “93 millimetr kalibrli “Şmel” raketinin hədəfi vurma məsafəsi 400-600 metrdir, bundan əsasən yaxın məsafəli döyüşlər üçün istifadə edilir. “Şmel” birdəfəlik istifadə üçün nəzərdə tutulub.

“Şmel” odsaçanının ən çox tətbiq edildiyi ölkə Əfqanıstan hesab edilir. Bundan əlavə “Şmel” reaktiv odsaçanından Şimali Qafqazda həyata keçirilən hərbi əməliyyatlarda da istifadə edilib.



Göründüyü kimi, Ermənistan tərəfi aprel döyüşlərindən sonra əladə edilən atəşkəs razılaşmasına əməl etmir. Düşmən beynəlxalq qurumların, dünya dövlətlərinin atəşkəs çağırışına məhəl qoymadan atəşkəs dövründə qadağan olunmuş silahdan tətbiq edir.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti