İlham Əliyev şirkət rəhbəri ilə görüşüb

İlham Əliyev şirkət rəhbəri ilə görüşüb
  17 Yanvar 2017    Oxunub:2546
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.
AzVision.az-ın xəbərinə görə, görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirildi. “Procter and Gamble Europe” şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulandı və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edildi.

AzVision.az


Teqlər:  





Xəbər lenti