`Kamil Zeynallıya cavabdeh deyilik` - ATV-dən açıqlama

`Kamil Zeynallıya cavabdeh deyilik` - ATV-dən açıqlama
  16 Yanvar 2017    Oxunub:10398
ATV telekanalında yayımlanan “Kişi klubu”nun aparıcısı, tanınmış idman ustası Kamil Zeynallının xanım jurnalistləri təhqir etməsi sosial şəbəkələrdə günün müzakirə mövzusuna çevrilib.
Yazdığı statuslarda, paylaşdığı videomüraciətdə xanım jurnalisləri açıq-aşkar təhqir edən K.Zeynallının etikadan kənar hərəkətlərinə görə, ATV-dən uzaqlaşdırılacağı bildirilir.

Məlumata görə, baş verən son hadisələr ATV rəhbərliyinə də xoş təsir bağışlamayıb.

ATV telekanalı məlum olaya münasibət bildirib. Telekanalın mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu AzVision.az-a bildirib ki, Kamil Zeynallı ATV-nin işçisi deyil.

“ATV ilə işləyən çoxlu prodakşnlar var. Kamil Zeynallı bizim işçimiz deyil. O, prodakşnların biri ilə əməkdaşlıq edir”.

Telekanal rəsmisi Kamil Zeynallının hərəkətlərinə ATV-nin cavabdehlik daşımadığını vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti