`Qarabağ` qələbə qazandı

`Qarabağ` qələbə qazandı
  16 Yanvar 2017    Oxunub:1606
Ağdamın "Qarabağ" futbol klubu Antalyada təlim-məşq toplanışını davam etdirir.
Klubdan AzVision.az-a verilən məlumata görə, komanda hazırlıq prosesi çərçivəsində yanvarın 15-də ilk yoxlama oyununu keçirib. Ağdam təmsilçisi Albaniyanın "Skenderbeu" klubu ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib. Matçda Ağdam təmsilçisinin yeni transferi Ağabala Ramazanov fərqlənib.

Komandamız növbəti yoxlama oyununu yanvarın 18-də Rumıniyanın "Styaua" klubuna qarşı keçirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti