Prezident tapşırdı, maaş və pensiyalar artırılacaq - (VİDEOXƏBƏR)

Prezident tapşırdı, maaş və pensiyalar artırılacaq - (VİDEOXƏBƏR)
  13 Yanvar 2017    Oxunub:14374
Bu il Azərbaycanda pensiya və maaşlar artırılacaq.
Bunu AzVision.az-a deputat Vahid Əhmədov deyib. İqtisadçı deputat bildirib ki, pensiyaların və maaşların artırılması dövlət büdcəsində nəzərdə tutulub.

“Cənab prezident Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında bu məsələyə toxundu. Ölkə başçısı bildirdi ki, maaş və pensiyalar artırılmalıdır. Prezidentin tapşırığı icra olunacaq. Hesab edirəm ki, il ərzində maaş və pensiyaların artırılmasının şahidi olacağıq”.

V.Əhmədov qeyd edib ki, əsasən büdcə təşkilatlarından çalışan insanların maaşı artacaq: “Müəllimlərin, həkimlərin və sosial sahədə çalışanların maaşında artım olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, 2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq.

Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır: “Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti