Kolleclərə imtahan verənlərin nəzərinə

Kolleclərə imtahan verənlərin nəzərinə
  20 Avqust 2013    Oxunub:1756
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları avqustun 25-də keçiriləcək.
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məlumat verilib. Bildirilib ki, abituriyentlər 2013/2014-cü tədris ilində orta ixtisas təhsili müəssisələrinə (9 illik) qəbul üçün keçirilən imtahana artıq buraxılış vərəqələrini elektron səhifələrini keçib götürə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Avqustun 18-dən 22-dək internet vasitəsilə aparılan ixtisas seçimində abituriyentlər elektron ərizədə orta ixtisas təhsil müəssisələrinin ixtisasları ilə yanaşı, müsabiqə şərtini ödədikləri halda, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları www.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 6424 abituriyent ixtisas seçimi edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti