Ermənistan ordusunda insidentlərin sayı artıb - (VİDEOXƏBƏR)

Ermənistan ordusunda insidentlərin sayı artıb - (VİDEOXƏBƏR)
  07 Yanvar 2017    Oxunub:4683
Ermənistan ordusunda insidentlərin sayı artıb. Rəsmi statistikaya görə, ötən il ərzində Ermənistan ordusunda 33 qətl, 21 intihar halı qeydə alınıb.

“Joxovurd” qəzeti xəbər verir ki, insidentlərin əsas səbəbi sistemdə hökm sürən özbaşınalıqdır. Hərbi hissələrdə əsgərlər tez-tez zorakılığa məruz qalırlar. Bu isə əksər hallarda qətl və intiharlarla nəticələnir.

Sonuncu insident zamanı əsgər Haykaz Babeyan bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb. Fiziki təzyiqlərə məruz qalan əsgər giziri və digər əsgər yoldaşlarını güllələyib. Hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı ictimaiyyətə bədbəxt hadisə kimi təqdim edib.

Statistikaya əsasən, Ermənistan ordusunda bu kimi hallar son bir ildə daha çox müşahidə olunub. Ötən ilin sonlarında növbətçilik qaydalarının kobud surətdə pozulması nəticəsində əsgər Vardan Arakelyan kiçik çavuş tərəfindən açılan atəşdən yerində ölüb.

Hadisədən əvvəl isə qarovul xidmətində olarkən iki hərbçi arasında qarşıdurma olub. Başından güllə yarası alan əsgərlərdən biri hələ də İrəvandakı mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicə alır.



AzVision.az


Teqlər:  





Xəbər lenti