Bayram günlərində 12 nəfər içkidən zəhərlənib - (VİDEOXƏBƏR)

Bayram günlərində 12 nəfər içkidən zəhərlənib - (VİDEOXƏBƏR)
  05 Yanvar 2017    Oxunub:4826
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 17 nəfər müraciət edib.
Bu barədə AzVision.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Respublikanın baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, müraciətlər əsasən dəm qazı zəhərlənmələri ilə bağlı olub.

“Müraciət edənlərdən 7 nəfəri şöbəyə yerləşdirilib. Onlardan 2-si azyaşlıdır. Sərxoş halda isə 12 nəfər müraciət edib. Ən çox müraciət əsasən yanvarın 1-i və 2-də olub”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev isə bildirib ki, 5 günlük bayram tətilində qida zəhərlənməsi ilə bağlı kütləvi hal müşahidə olunmayıb.

“2-3 nəfərdə qida zəhərlənməsi müşahidə edilib ki, bu, adi günlərdə olan qida zəhərlənmələridir. Kütləvi zəhərlənmə faktı olmayıb”.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti