Qvardiola kariyerasını bitirir

Qvardiola kariyerasını bitirir
  03 Yanvar 2017    Oxunub:1768
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola kariyerası ilə bağlı açıqlama verib.

AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Qvardiola məşqçi karyerasını bitirməyə hazırlaşır.

“60-65 yaşına kimi məşqçilik etməyi düşünmürəm. “Mançester Siti”də 3 il, bəlkə də bir az artıq işləyəcəm. Karyeramın sonuna yaxınlaşıram. Çünki, uzun müddət ehtiyat oyunçular skamyasında əyləşmək fikrində deyiləm. “Mançester Siti” son komandam ola bilər”, - deyə 45 yaşlı mütəxəssis bildirib.

Qvardiola qeyd edib ki, məşqçi karyerasını başa vurduqdan sonra qolfla məşğul olacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti