`Ulduz müharibələri`nin şahzadəsi öldü - (VİDEOXƏBƏR)

`Ulduz müharibələri`nin şahzadəsi öldü - (VİDEOXƏBƏR)
  28 Dekabr 2016    Oxunub:4314
“Ulduz müharibələri” filmində şahzadə Leya obrazı ilə məşhurlaşan Hollivud aktrisası Kerri Fişer 61 yaşında vəfat edib.
Bu barədə AzVision.az "Hollywood Reporter"ə istinadən xəbər verir.

“Onu bütün dünya sevirdi və onun üçün hamı darıxacaq. Dualarınıza görə təşəkkürlər”, - deyə ailənin nümayəndəsi Saymon Hols bildirib.

Qeyd edək ki, Fişerin süni nəfər aparatına qoşulduğu deyilirdi.

Xatırladaq ki, aktrisa Londondan Los-Ancelesə uçan zaman təyyarədə ürək tutması baş verib. Təyyarə eniş edəndən sonra o, kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti