Karateçilərimiz bir ildə 129 medal qazanıb
“Yola saldığımız il həmçinin regionlarla işlər gücləndirilib. “Regionlarda karatenin inkişafı və təbliği” istiqamətində Naxçıvan Muxtar Respublikasında federasiyanın nümayəndəliyi yaradılıb. Bir sıra bölgələrə səfərlər olunub, çətinliklərin aradan qaldırılmasında əməli işlər görülüb. Hər zaman olduğu kimi bu il də dvlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əiyev cənabları karate idmanında qazanılan uğurları diqqətdən kənar qoymayıb. Bir sıra həvəsləndirici tədbirlərlə yanaşı, milli komandanın kata üzrə böyük məşqçisi Vahid Ayvazova yeni mənzilin orderi təqdim edilib”.
Qarşıdakı ilin planlarına gəlincə Yaşar Bəşirov deyib ki, 2017-ci ildə karate üçün məsuliyyətli illərdən biri olacaq: “Mayın əvvəli Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının favortilərindən biri kimi ciddi məsuliyyəti üzərində hiss edən Azərbaycan Milli Karate Federasiyası ilin ilk yarısını gücləndirilmiş iş rejimində keçirməyi nəzərdə tutub. Bundan başqa ölkədə karatenin daha da kütləviliyinə nail olmaq üçün bəzi layihələrin həyata keçirilməsi planlaşdırılıb.
Gələn il karateçilərimizi Yeniyetmə və Gənclərin Avropa və dünya çempionatları, böyüklərin avrop çemionatı eləcə də bir neçə Premyer Liqa turnirləri gözləyir. Yaxın illər üçün qarşıda duran əsas hədəflərdən biri də perspektivli idmançıları 2018-ci il Argentinada Yeniyetmə və Gənclərin Olimpiadasına lisenziya qazanmağa hazırlamaqdır. Hər zaman olduğu kimi Gənclər və İdman nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi sayəsində qüvvələrimizi səfərbər edərək 2017-ci ildə də böyük nəticələrə nail olmağı hədəfləyirik”.
İlkin Nəcəfzadə
AzVision.az