Bakıda qaz kəmərində güclü partlayış - (VİDEOXƏBƏR)

Bakıda qaz kəmərində güclü partlayış - (VİDEOXƏBƏR)
  27 Dekabr 2016    Oxunub:21044
Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu ərazisində qaz xəttində baş vermiş partlayış barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.



***
Bakının Qaradağ rayonu ərazisində yerləşən qaz kəmərində partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb.

Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov AzVision.az-a bildirib ki, hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.





***

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının sözlərinə görə, hadisə Səngəçal qəsəbəsinin Əzimkənd adlı ərazisində "Azəriqaz"ın Qaz ixracı idarəsinin kompressor stansiyasında baş verib.

Mirvari Qəhərmanl vurğlayıb ki, alov evlərə sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparılır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti