Almaniyada təhlükə sovuşdumu? - (VİDEOXƏBƏR)

Almaniyada təhlükə sovuşdumu? - (VİDEOXƏBƏR)
  22 Dekabr 2016    Oxunub:2346
3 gün əvvəl terrora məruz qalan Berlin Milad yarmarkası yenidən istifadəyə verilib.
AzVision.az alman mətbuatına istinadən xəbər verir ki, bazara giriş dünən axşam saatlarından etibarən bərpa edilib.

Aparılan əməliyyatlar rəsmi olaraq bu gün başa çatacaq.

Xatırladaq ki, Berlində dekabrın 19-u gecə saatlarında naməlum şəxsin yük maşınını Milad yarmarkasına gələn insanların üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

Hazırda polis terrorda şübhəli bilinən Anis Amirin axtarışlarını davam etdirir. Yük maşının qapısında ona aid barmaq izləri aşkarlanıb. Bundan başqa, bir neçə saat əvvəl onunla əlbir olduğu güman edilən 4 nəfər saxlanılıb. Məlumatı Almaniya baş prokuroru da təsdiq edib.

Bu arada alman prokurorluğu əsas şübhəli Anis Amir barədə məlumat verənlərə 100,000 avro məbləğində pul mükafatı vəd edib.



Leyla Cabbarzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti