Bu il 3704 əcnəbi Azərbaycanda daşınmaz əmlak alıb - (VİDEOXƏBƏR)

Bu il 3704 əcnəbi Azərbaycanda daşınmaz əmlak alıb - (VİDEOXƏBƏR)
  22 Dekabr 2016    Oxunub:4048
2016-ci ildə 3704 əcnəbi Azərbaycandan daşınmaz əmlak (mənzil, bağ evi, torpaq və s.) alıb.

Bu barədə AzVision.az-a Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov deyib.

Komitə rəsmisi qeyd edib ki, bu il Bakıdan ev alan əcnəbilərin sayı 958 nəfərdir. 2746 əcnəbi ölkə vətəndaşı isə respublikanın digər yerlərində daşınmaz əmlaka sahib olub.

Q.Xəlilov, həmçinin bildirib ki, xarici vətəndaşlar tərəfindən qeydiyyata alınmış daşınmaz əmlakların (mənzil, bağ evi, torpaq və s.) sayı 2015-ci ildə 4742 nəfər olub. Bunlardan 702 nəfəri Bakı, 4040 nəfəri isə regionlar üzrə daşınmaz əmlaka sahib olub.

Komitə sözçüsü vurğulayıb ki, Azərbaycanda ən çox daşınmaz əmlak sahibi olan əcnəbilər Rusiya, Türkiyə, ərəb ölkələri, MDB ölkələri və Avropa ölkələrindən olan vətəndaşlardır.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti