Daha bir rus diplomat qətlə yetirildi - (VİDEOXƏBƏR)

Daha bir rus diplomat qətlə yetirildi - (VİDEOXƏBƏR)
  20 Dekabr 2016    Oxunub:38379
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün qətlə yetirilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin daha bir əməkdaşı evində ölü tapılıb.

AzVision.az REN TV-yə istinadən xəbər verir ki, hadisə dünən paytaxt Moskvada baş verib.

Həmin şəxsin Rusiya XİN-in Latın Amerika departamentinin şöbə rəisi Pyotr Polşikov olduğu bildirilir.

Onun yaşadığı evdə başından vurularaq öldürüldüyü vurğulanır. Cinayətdə istifadə edilən silah mətbəxdə yerləşən əl-üz yuyanın arxasından tapılıb.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Məlumatda qeyd olunur ki, Polşikov öldürülən zaman həyat yoldaşı evdə olub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti