`Karlovun qətlində əsas məqsəd...` - Lavrov açıqladı (VİDEOXƏBƏR)

`Karlovun qətlində əsas məqsəd...` - Lavrov açıqladı (VİDEOXƏBƏR)
  20 Dekabr 2016    Oxunub:5346
Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsində əsas məqsəd rəsmi Moskva ilə Ankara arasındakı münasibətlərin normallaşması prosesini pozmaq və iki ölkənin Suriyada terrorçuluğa qarşı səmərəli mübarizəsinin qarşısını almaqdır.
AzVision.az TASS agentliyinə istinadla bildirir ki, bunu Rusiyaın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, bu hücumun təşkilatçıları öz məqsədlərinə çatmayacaqlar.

Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Rusiyanın Ankaradakı səfirinin qətlinin təşkilatçılarına qarşı tədbirlər hazırlanacağını bəyan edib. O, Rusiya-Türkiyə-İran arasında üçtərəfli görüşün baş tutacağını da deyib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti