Ankarada güllələnən rus səfir öldü - (VİDEOXƏBƏR)

Ankarada güllələnən rus səfir öldü - (VİDEOXƏBƏR)
  20 Dekabr 2016    Oxunub:7759
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.



***

Türkiyədə silahlı hücuma məruz qalan Rusiya səfiri Andrey Karlovun dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb.

AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə məlumatlı mənbə bildirib.

Səfirin ölüm xəbəri rəsmi təsdiqini tapmayıb.

Bildirilib ki, mədəniyyət mərkəzində rəsm sərgisinin açılışı zamanı baş verən silahlı hücumda səfir və daha 3 nəfər xəsarət alıb. Hücumu törədən şəxs hadisə yerində öldürülüb.

***

Türkiyənin "Haberturk" saytı da səfirin ölməsi ilə bağlı məlumat yayıb. İddia edilib ki, hadisə zamanı ağır yaralanan səfir xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada iştirak etdiyi sərgidə naməlum şəxs tərəfindən silahlı hücum edilib.

Diplomat Rusiyanın Türkiyədəki səfirliyinin və Ankaranın Çankaya rayon bələdiyyəsinin birgə təşkil etdiyi sərgidə çıxış edərkən hücuma məruz qalıb.

Hücum edən şəxs A.Karlova xəsarət yetirdikdən sonra havaya atəş açıb. Ağır yaralanan diplomat dərhal Güven xəstəxanasına yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti