Ən çox vakant yerlər I və III qruplara qalıb

Ən çox vakant yerlər I və III  qruplara  qalıb
  19 Avqust 2013    Oxunub:1732
2013-2014-cü tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, ali məktəblərdə ən çox vakant yerlər I və III ixtisas qrupları üzrə qalıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, hər 2 qrupda vakant qalan yerlərin sayı 760-dan çoxdur. IV qrup üzrə 700-ə yaxın vakant yer qalıb. Ən az vakant yer isə II qrup üzrədir. Bu qrup üzrə 400-ə yaxın plan yeri boş qalıb. Ümumilikdə ali məktəblər isə 2792 plan yeri vakant qalıb.

Qeyd edək ki, avqustun 18-dən başlayaraq, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə ixtisas seçimi aparılır. İxtisas seçimi avqustun 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.(trend)


Teqlər:  





Xəbər lenti