`Qarabağ` liderliyini qorudu

`Qarabağ` liderliyini qorudu
  18 Dekabr 2016    Oxunub:1664
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin və ikinci dövrənin son oyunları keçirilib.
XIV tura “Qarabağ”–“İnter” görüşü ilə yekun vurulub. Qarlı havada oynanılan qarşılaşmada qapılara qol vurulmayıb.

Bununla da Azərbaycan Premyer Liqasında ikinci dövrə başa çatıb. XIV turdan sonra 32 xal toplayan “Qarabağ” ili birinci pillədə yekunlaşdırıb. “Qəbələ” 31 xalla ikinci, Bakının “İnter” klubu isə 25 xalla üçüncü yerdə qərarlaşıb.

Premyer Liqada qış fasiləsi başlayıb. XV turun matçları isə 2017-ci ilin yanvarın 28-də oynanılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti