700 bal toplayan 2 nəfər qızıl medal alıb

  19 Avqust 2013    Oxunub : 796
700 bal toplayan 2 nəfər qızıl medal alıb
Xəbər verdiyimiz kimi, bu il orta məktəbi qızıl medalla 238 məzun bitirib. Adı çəkilən məzunlar sırasında 700 bal toplayanlar da var.

Onlar İsmayılov Məhəmməd Şahin oğlu, Məmmədli Nərmin Rövşən qızıdır. Tovuz rayonu Y.Sadıqov adına orta məktəbin məzunu Murğuzova Nərmin Sahib qızı isə gümüş medalla təltif olunub.

Siyahıda Flora Qafarova, Aytən Paşazadə və Osman Müslümovun adları yoxdur.

Qeyd edək ki, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında 6 nəfər maksimum nəticə əldə edərək 700 bal toplayıb.

Sevinc İltifatqızı

Teqlər: