Türkiyədə qanlı terror - 14 ölü (VİDEOXƏBƏR)

Türkiyədə qanlı terror -  14 ölü (VİDEOXƏBƏR)
  18 Dekabr 2016    Oxunub:105550
Kayseridə baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 14 olub.

Yaralananların sayı isə 56 nəfərə çatıb.

***

Kayseridə baş vermiş terror aktı nəticəsində 55 nəfər yaralanıb.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

***

Kayseri şəhərində baş verən terror aktı nəticəsində 13 hərbçi şəhid olub.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Qeyd olunub ki, hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 48 nəfər yaralanıb.

***

Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında baş verən partlayış nəticəsində 9 nəfər həlak olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer bildirib. Onun sözlərinə görə, partlayış nəticəsində 20-dən çox insan yaralanıb.

Artıq partlayışla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım məlumatlandırılıb.

***

Türkiyədə yenidən partlayış olub.

AzVision.az "Hürriyet"ə istinadən xəbər verir ki, partlayış səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında baş verib.

Məlumata görə, partlayış avtobusda törədilib. İnsident zamanı ölən və yaralıların olduğu bildirilir. Partlayış məzuniyyətə çıxan əsgərləri avtobusa minən zaman zaman baş verib.

Hadisə yerinə xeyli sayda təcili yardım və yanğınsöndürən maşınları cəlb olunub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti