Azərbaycanlı futbolçu Latviyada ilin ən yaxşısı seçildi

Azərbaycanlı futbolçu Latviyada ilin ən yaxşısı seçildi
  17 Dekabr 2016    Oxunub:7309
Azərbaycanlı futbolçu Vüqar Əsgərov Latviya çempionatının birinci liqasında 2016-cı ilin ən yaxşı futbolçusu seçilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmyerlimiz “Olayne” futbol klubunun şərəfini qoruyur və bu mövsüm 40 qol vurub.

Azərbaycanlı futbolçunun komandası Latviya çempionatını ikinci olaraq başa vurub.

Qeyd edək ki, Vüqar Əsgərov Berti Foqtsun millimizə rəhbərlik etdiyi vaxt Azərbaycan yığmasına dəvət alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti