Ali məktəblərə qeydiyyat başlandı

Ali məktəblərə qeydiyyat başlandı
  19 Avqust 2013    Oxunub:1640
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 17-də elan edib.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 18-də «Abituriyent» jurnalının 6-cı sayında dərc olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirib ki, əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcək.

Cari ildə ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, artıq tələbə adını qazanmış abituriyentlərin qəbul olduqları ali məktəblərdə qeydiyyatı başlayıb. Qeydiyyat avqustun20-də başlayıb 29-da yekunlaşacaq.

Abituriyent qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduğu ali təhsil müəssisəsindən öyrənməlidir.

Qeyd olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti