Ermənistan ordusunda 200 dollara rütbə satılır - (VİDEOXƏBƏR)

Ermənistan ordusunda 200 dollara rütbə satılır - (VİDEOXƏBƏR)
  17 Dekabr 2016    Oxunub:42150
Ermənistanın “N” saylı hərbi hissəsinin zabiti, tağım komandiri Qevorq Mkrtçyan və onu hərbçi yoldaşı Qreqin Ayrapetyana cinayət işi açılıb.

AzVision.az “news.am”-a istinadən xəbər verir ki, tağım komandiri Qevorq Mkrtçyan iş yoldaşından rüşvət almaqda ittiham edilir.

Ermənistan Məhkəmə Departamentinin yaydığı xəbərdə deyilir ki, Qevork Mkrtçyan Qreqin Ayrapetyana 200 dollar rüşvət müqabilində onun zabit rütbəsinin artırılmasını söz verib. Bunun üçün o, üçüncü şəxsdən xahiş edəcəyini vəd verib.

Lakin G. Mkrtçyan pulu alaraq iş yoldaşını aldadıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittiham elan edilib və qətimkan tədbiri qismində hər ikisinin barəsində başqa yerə getməmək haqda iltizam seçilib. İş məhkəməyə göndərilib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti