Neftçilərin axtarışı ilə bağlı son məlumat - (VİDEOXƏBƏR)

Neftçilərin axtarışı ilə bağlı son məlumat - (VİDEOXƏBƏR)
  15 Dekabr 2016    Oxunub:12529
“Hava şəraitinin pis olmasına baxmayaraq, itkin düşən neftçilərin axtarışları davam etdirilir”
AzVision.az xəbər verir ki, bu barədə "Azneft" İstehsalat Birliyinin rəis müavini Balamirzə Ağarəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, neftçilərin axtarışlarına 10-dan çox gəmi və FHN-nin bir helikopteri cəlb olunub: “Axtarışlara dalğıclar da cəlb olunub. Onlar havanın pisləşməsi ilə əlaqədar dənizə düşə bilmirlər. Hava şərait imkan verən kimi sualtı axtarışlar başlayacaq. Axtarış işləri Səngəçal, Ələt və Xəzər sahillərində aparılır”

Rəis müavini qeyd edib ki, itən neftçilərdən birinin cəsədi sudan çıxarılıb. Həmin şəxs Ələt qəsəbə sakini 1958-ci il təvəllüdü İlham Qafarovdur.

Balamirzə Ağarəhimov əlavə edib ki, hadisə baş verən estakada 1978-ci ildə tikilib. Orada sonuncu dəfə bu ilin avqust ayında cari təmir işləri aparılıb.

Qeyd edək ki, cəsədi tapılan Qafarov İlham Əlihüseyn oğlu 1958-ci il təvəllüdlüdür. Mərhum neftçi 3 uşaq atasıdır.

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti