FTX Moskvada silsilə terror aktlarının qarşısını aldı - (VIDEOXƏBƏR)

FTX Moskvada silsilə terror aktlarının qarşısını aldı - (VIDEOXƏBƏR)
  15 Dekabr 2016    Oxunub:3074
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada silsilə terror aktları törətmək istəyən şəxsləri saxlayıb.
AzVision.az-ın "RİA "Novosti”-yə istinadən verdiyi xəbərə görə, FTX-nın yaydığı məlumatda terror aktların arxasında İŞİD-in Türkiyədə gizlənən elçisinin durduğu bildirilir. Diversiya-təxribat qrupu bir Rusiya və bir neçə Tacikistan vətəndaşından ibarət olub.

Məlumatda bildirilir ki, saxlanılanlar kustar üsulla hazırlanan partlayıcı qurğulardan istifadə etməklə rezonansa səbəb olacaq bir neçə terror aktı hazırlayıblar. Axtarışlar nəticəsində kustar üsulla hazırlanan partlayıcı qurğular, avtomat silah və yüksək dağıdıcı gücə malik partlayıcı qurğuların hazırlanması üçün xeyli miqdarda partlayıcı maddə aşkarlanıb.

Partlayıcı qurğulardan biri Moskvanın cənub-qərbindəki yaşayış binalarından birində zərərləşdirilib. Xüsusi əməliyyat Nametkina küçəsindəki 18 mərtəbəli evdə keçirilib.

“Partlayıcı qurğu evin 10-cu mərtəbəsindəki mənzillərin birində aşkarlanaraq zərərləşdirilib. 19-u uşaq olmaqla, 145 sakin təxliyə edilib", - deyə məlumatda bildirilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti