Tramp yenə `İlin adamı` seçildi - (VİDEOXƏBƏR)

Tramp yenə `İlin adamı` seçildi - (VİDEOXƏBƏR)
  13 Dekabr 2016    Oxunub:4352
Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzeti ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı “İlin adamı” seçib.
AzVision.az xəbər verir ki, bu barədə qəzetin saytında yayılan açıqlamada bildirilir.

“Donald Tramp ABŞ-ın siyasi qaydalarını yenidən yazıb”, -deyə məlumatda vurğulanır.

Ötən il “Financial Times” Almaniya kansleri Angela Merkeli "İlin adamı" seçmişdi.

Qeyd edək ki, bundan əvvəl məşhur “Time” jurnalı da Donald Tramp ilin adamı seçib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti