`Ermənistan danışıqlar prosesini pozur` - Məmmədyarov (VİDEOXƏBƏR)

`Ermənistan danışıqlar prosesini pozur` - Məmmədyarov (VİDEOXƏBƏR)
  10 Dekabr 2016    Oxunub:2483
Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır.
AzVision.az-ın məlumatına görə, bu sözləri mediaya açıqlamasında Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin son müsahibəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək:

“Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti