Rusiyada 4 iri bank bağlandı - (VİDEOXƏBƏR)

Rusiyada 4 iri bank bağlandı - (VİDEOXƏBƏR)
  09 Dekabr 2016    Oxunub:2898
Rusiya Mərkəzi Bankı 4 kommersiya bankının lisenziyasını ləğv edib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bunlar “M2M Private Bank”, “Vega-Bank”, “Beynəlxalq İnkişaf Bankı” və “Rusiya Maliyyə Alyansı” banklarıdır.

Qeyd olunub ki, “Beynəlxalq İnkişaf Bankı” və “M2M Private Bank” kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməyib, “Vega-Bank” qanunvericiliyin tələblərinə riayət etməyib, “Rusiya Maliyyə Alyansı” bankı isə maliyyə hesabatının təqdim olunması ilə bağlı tələbləri pozub.

“Rusiya Maliyyə Alyansı” bankı istisna olamqla digər banklar əmanətlərin sığortalanması sisteminin iştirakçısıdır.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti