`Qızıl top`u Ronaldo qazandı

`Qızıl top`u Ronaldo qazandı
  07 Dekabr 2016    Oxunub:6794
Portuqaliya yığmasının və “Real Madrid” futbol klubunun ulduzu Kriştianu Ronaldo "Qızıl top-2016"nın sahibi olub.
AzVision.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.

Bildirilib ki, “France Football” nəşrinin sorğusuna əsasən, Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldo rəqiblərini qabaqlayıb.

Qalibin mükafatlandırılma mərasimi dekabrın 12-də keçiriləcək. Ancaq Ronaldo artıq "Qızıl top"u qazanması haqda məlumatlandırılıb.

Qeyd edək ki, "Qızıl top"a namizədlər arasında Ronaldo ilə yanaşı Lionel Messi və Antuan Qrizmanın da var

AzVision.az


Teqlər:  





Xəbər lenti