İtaliyanın baş naziri istefa verir - (VİDEOXƏBƏR)

İtaliyanın baş naziri istefa verir - (VİDEOXƏBƏR)
  05 Dekabr 2016    Oxunub:3086
İtaliyanın baş naziri Matteo Renzi istefa verəcəyini bildirib.
AzVision.az xəbər verir ki, bunu baş nazir İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunlarına həsr olunmuş mətbaut konfransında bəyan edib.

“Məğlub olduğumu etiraf edirəm. Bu gün Nazirlər kabinetinin iclasını çağıracam, sonra isə ölkə prezidentinə istefa ərizəmi təqdim edəcəm”, deyə M.Renzi bildirib.

Ekzit-polların nəticələrinə əsasən, referendumda iştirak edənlərin 59,1 faizi baş nazirin təkliflərinin əleyhinə səs verib. Təklif, ilk növbədə, dövlət hakimiyyət orqanları sistemində Senatın rol və funksiyasının dəyişilməsini nəzərdə tuturdu.



AzVision.az


Teqlər:  





Xəbər lenti