Məmmədyarov: `Ermənistan görüşdən qaçır` - (VİDEOXƏBƏR)

Məmmədyarov: `Ermənistan görüşdən qaçır` - (VİDEOXƏBƏR)
  03 Dekabr 2016    Oxunub:3420
“Hələlik Ermənistan Hamburq görüşünə razılıq verməyib”
AzVision.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri ötən gecə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə telefonla danışdığını deyib: “O, bildirdi ki, hələ Ermənistan tərəfindən xəbər yoxdur”.

Nazir əlavə edib ki, danışıqlar prosesində ləngimə var: “Ermənistan görüşdən qaçır. Bu, o deməkdir ki, deməyə sözü yoxdur”.

Daha sonra cəbhədəki gərginlikdən danışan E.Məmmədyarov deyib ki, təmas xəttində vəziyyət hər zaman gərgindir: “Bunun olmaması üçün erməni qoşunları işğal olunmuş torpaqlardan çıxmalıdır. Çünki, bu zaman təmas xətti olmayacaq”.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti