İsrail Dəməşqdə Əsədə ağır zərbələr endirdi - (VİDEOXƏBƏR)

İsrail Dəməşqdə Əsədə ağır zərbələr endirdi - (VİDEOXƏBƏR)
  30 Noyabr 2016    Oxunub:3480
İsrail Müdafiə Ordusunun (TSAXAL) Hərbi Hava Qüvvələri Dəməşqdə hərəkət edən yüklə dolu avtomobil karvanına, həmçinin Bəşar Əsəd silahlılarının Suriyanın paytaxtındakı mövqelərinə havadan zərbələr endirib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hücum noyabrın 30-da həyata keçirilib.

Avtomobil karvanının Livandakı Hizbullah qruplaşmasına silah-sursat daşıdığı ehtimal edilir.

Hava zərbələri pilotsuz uçuş aparatları vasitəsi ilə endirilib.

Hücum nəticəsində xəsarət alan və həyatını itirənlər barədə məlumat yoxdur.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti