Türkiyədə 12 tələbə qız yanaraq öldü - (VİDEOXƏBƏR)

Türkiyədə 12 tələbə qız yanaraq öldü - (VİDEOXƏBƏR)
  30 Noyabr 2016    Oxunub:6424
Türkiyənin Adana rayonunun Aladağ rayonunda 3 mərtəbəli qızlar məktəbində yanğın olub.

Hadisə nəticəsində 11 tələbə və 1 müəllimə ölüb. 22 tələbənin isə yaralandığı bildirilir. Onların xəsarət almasına səbəb yanğın zamanı özlərini pəncərədən atmaları olub.

Adana bələdiyyəsinin sədri yanğın nərdivanının qapısının içəridən bağlı olduğunu, açarın isə ölən müəllimədə qaldığını deyib.



***

Türkiyənin Adana əyalətinin Aladağ rayonunda axşam saatlarında şagird yataqxanasında yanğın baş verib.

AzVision.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, yanğın nəticəsində 12 nəfər ölüb, 22 şagird isə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində araşdırma aparılır. Yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.

***

Türkiyənin Adana şəhərində tələbə qızların qaldığı yataqxanada yanğın olub.

AzVision.az “Haberturk”-ə istinadən xəbər verir ki, yanğın zamanı 8 tələbə qız həlak olub, 13 nəfər isə yaralanıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

İlkin məlumatlara əsasən yanğın zamanı xilas olmaq üçün özünü pəncərədən atan bir neçə tələbə ağır bədən xəsarəti alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti