Təyyarə qəzasında 75 nəfər ölüb - Hadisənin görüntüləri (VİDEOXƏBƏR)

Təyyarə qəzasında 75 nəfər ölüb - Hadisənin görüntüləri (VİDEOXƏBƏR)
  29 Noyabr 2016    Oxunub:36561
Kolumbiyada baş verən təyyarə qəzasında 75 nəfər həlak olub, 6 nəfər sağ qalıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Antiokiyanın polis generalı Xose Asevedo Ossa məlumat verib.

Ossanın sözlərinə görə, qəza baş verən ərazidə axtarış işlər dayandırılıb. Belə ki, bu zonada artıq sağ qalan yoxdur.

Braziliya prezidenti Mişel Temer "Şapekoense" klubunun futbolçularının təyyarə qəzasında vəfatı ilə əlaqədar başsağlığı verib.

Faciəvi hadisə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunduğunu bəyan edib.



***

(11:58)


İlkin ehtimallara görə, təyyarə yanacaq bitdiyindən qəzaya uğrayıb.

AzVision.az “Frans Press”-ə istinadən xəbər verir ki, bunu La Seha şəhərinin meri Elkina Ospina bildirib.

“Görünür, təyyarənin yanacağı bitib”,- deyə bildirib. O, əlavə edib ki, hadisə yerində xilasedicilər işləyir.

Ən son məlumata görə, hadisə nəticəsində 15 nəfər xilas edilib. 66 nəfər isə həlak olub.



***
(10:54)

Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanlar var.

AzVision.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi xəbər verib.

Bildirilib ki, Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 81 nəfərdən cəmi 6-sı sağ qalıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olub.

***

Kolumbiyada göyərtəsində 81 sərnişin olan təyyarə qəzaya uğrayıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarə Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olub. İlkin məlumatlara görə, sərnişinlərin hamısı qəza nəticəsində ölüb.

"Univision" telekanalının məlumatına əsasən, təyyarədə 72 sərnişin və 9 ekipaj üzvü olub. Futbolçular Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelin şəhərinə gedirmişlər.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az təyyarənin radarlardan yoxa çıxma anını əks etdirən kadrları təqdim edir:



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti