Səhnəmizin 115 yaşlı `Sevil`i - VİDEOXƏBƏR

Səhnəmizin 115 yaşlı `Sevil`i - VİDEOXƏBƏR
  28 Noyabr 2016    Oxunub:3349
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktrisa, SSRİ xalq artisti Mərziyə Davudovanın 115 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.
AzVision.az xəbər verir ki, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov konfransı giriş sözü ilə açaraq görkəmli sənətkarın yaradıclıq yolundan, səhnəyə ilk addımlarından danışıb. Onun Azərbaycan teatr səhnəsindəki ustalıqla canlandırdığı rollarından söz açıb.

Daha sonra teatr tənqidçisi, teatrşünas Məryəm Əlizadə aktrisanın tək sənətkar kimi deyil, insan kimi gözəl obrazının olduğunu vurğulayıb. Konfransda Xalq artisti Hacı İsmayılov, Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti Ağakişi Kazımovun aktrisa haqqında çıxışları dinlənilib.

Qeyd edək ki, konfrans, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə baş tutub. Eyni zamanda Teatr Xadimləri İttifaqının 120 illik yubileyi münasibətilə keçiriləcək tədbirlər planına aid edilib.



Şəhanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti