Ermənistanda kursantlar etiraza qalxdı - (VİDEOXƏBƏR)

Ermənistanda kursantlar etiraza qalxdı - (VİDEOXƏBƏR)
  28 Noyabr 2016    Oxunub:7065
Bu gün səhər saatlarından etibarən Ermənistanın Kotayk rayonunun Kanakeravan kəndində yerləşən “Pokr Mher” (kiçik Mher) hərbi təhsil kompleksində etiraz aksiyası keçirilib.

AzVision.az “Tert.am”-a istinadən xəbər verir ki, təhsil kompleksinin bütün tələbələri etiraz məqsədilə “Pokr Mher”in meydançasında nizami yürüş keçirərək məktəb rəisinin istefasını tələb ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, bir ay əvvəl məktəbə rəis təyin olunan Vahaqn Yağmuryan onlara qarşı kobud davranır, ünvanlarına nalayiq sözlər işlədir.

Məktəb rəisi təcili valideyn iclası keçirəcəyini bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti