İsraildə yanğınlar davam edir - 12 nəfər tutulub (VİDEOXƏBƏR)

İsraildə yanğınlar davam edir - 12 nəfər tutulub (VİDEOXƏBƏR)
  25 Noyabr 2016    Oxunub:6453
İsrailin Hayfa şəhərində dörd gündür davam edən şiddətli yanğınlarla əlaqədar 60 min sakin evakuasiya olunub.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə ərazisində 200-dən çox yanğın ocağı qeydə alınıb.

Fəlakətin əsas zərbəsi Hayfa, Hader, Zihron-Yaakova rayonlarına dəyib. Quru və küləkli hava şəraiti yanğının qarşısının alınmasını çətinləşdirir.

Yanğınların qəsdən törədildiyi ehtimal edilir. Yanğını törətməkdə şübhəli bilinən 12 şəxs saxlanılıb.

Yanğının söndürülməsi üçün Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya Rusiya və digər ölkələrdən kömək gəlib. Eyni zamanda İsrail hökuməti kömək üçün Azərbaycana da müraciət edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrailə yola düşüb.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti