`Qarabağ` 3 qolla uduzdu - Yenilənir
“Qarabağ” səfərdə Çexiyanın “Slovan” klubunun qonağıdır.
“Slovan”la oyun “Qarabağ” klubu üçün tarixi əhəmiyyət kəsb edir. Belə ki, Ağdam təmsilçisi səfər oyunundan 3 xalla qayıdacağı halda, Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək. Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixin nailiyyətə imza atmasına kifayət edə bilər. Bunun üçün İtaliya təmsilçisi “Fiorentina” öz meydanında PAOK-u məğlub etməlidir.
***
Matçda erkən qol qeydə alınıb. Oyunun 11-ci dəqiqəsində “Slovan” klubu hesabı aça bilib. Hazırda qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə davam edir.
***
İlk hissə “Slovan”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
***
Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri “Qarabağ”ın qapısına daha iki qol vurub. Oyun “Slovan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
AzVision.az