`Avatar-2`-nin tarixi bəlli oldu (VİDEOXƏBƏR)
Ekspertlər güman edirlər ki, bu gizli layihə ancaq “Avatar”ın ikinci hissəsi ola bilər.
AzVision.az xəbər verir ki, Lightstorm Entertainment — “Avatar”ın rejissoru Ceyms Kamerunun şirkətidir. Onun “Dibsizlik”dən başlamış, “Avatar”a qədər bütün filmlərinə bu şirkət prodüserlik edib. Son bir neçə ildə isə Ceyms Kamerun başqa heç bir layihə üzərində çalışmayıb.
Qeyd edək ki, Kino tarixinin ən gəlirli filmi olan “Avatar” 2009-cu ildə çəkilib. O vaxtdan Kamerun filmin davamının üzərində işləyir. Rejissor bildirib ki, filmin daha 4 hissəsi 2018, 2020, 2022 və 2023-cü illərdə göstəriləcək.
Adil Şamıyev
AzVision.az