Samuel Eto 10 il həbs oluna bilər

Samuel Eto 10 il həbs oluna bilər
  24 Noyabr 2016    Oxunub:3248
Hazırda Türkiyənin “Antalyaspor” klubunun şərəfini qoruyan Samuel Eto vergidən yayındığına görə, 10 il həbs oluna və 14 milyon avro məbləğində cəzalandırıla bilər.
AzVision.az-ın məlumatına görə, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.

Nəşrin Etonun İspaniyada forma geyindiyi 2006-2009-cu illər ərzində gəlirlərini “Bulte” və “Tradesport” adlı iki şirkət üzərindən transfer edərək vergi qaçaqçılığına yol verdiyini iddia edib.

Eyni zamanda “Puma” şirkətindən aldığı reklam gəlirlərini adları çəkilən şirkətlər vasitəsilə vergisiz qazandığı iddia edilən Etonu 10 il həbs oluna və 14 milyon avro məbləğində cəzalandırıla bilər.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti