Nazarbayev adının Astanaya verilməsindən danışdı - VİDEOXƏBƏR

Nazarbayev adının Astanaya verilməsindən danışdı - VİDEOXƏBƏR
  24 Noyabr 2016    Oxunub:3938
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astana şəhərinin adının dəyişdirilməsi ilə bağlı parlamentə verilən təkilfə münasibət bildirib.
AzVision.az “tengrinews.kz”-a istinadən xəbər verir ki, prezident parlament üzvlərinə minnətdarlığını bildirib: “Mənim rolumu qeyd ediblər. Əlbəttə, insan kimi bu mənə xoşdur”.



Nazarbayev qeyd edib ki, Astananın adının dəyişdirilməsi haqda təklif onun tərəfindən irəli sürməyib: “Mən bu mövzuda artıq bir neçə dəfə danışmışam. Yenə deyirəm, hər sözün sonuna “nurlu”, “nur” sonluğu əlavə edib, şəxsimlə bağlayırlar. Hesab edirlər ki, mən hər yerdə “nurlu” yazılması haqda tapşırıq verirəm. Ötən gün parlamentdə paytaxta mənin adımın verilməsi barədə təklif təqdim olunub. Parlament hakimiyyətin müstəqil bir qoludur. Onlar öz fikirlərini söyləmək, qərarlar qəbul etmək hüququna malikdirlər. Belə bir təklifi nə demişəm, nə də tapşırmışam. 25 ildə təkbaşıma bu qədər işi görə bilməzdim və hesab edirəm ki, bu işləri görən bir komanda mövcuddur”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti