Türkiyədə güclü partlayış - 2 ölü, 16 yaralı (VİDEO XƏBƏR)

Türkiyədə güclü partlayış - 2 ölü, 16 yaralı (VİDEO XƏBƏR)
  24 Noyabr 2016    Oxunub:2703
Türkiyənin Adana vilayətində partlayış baş verib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında baş verib.

Məlumata əsasən partlayış valiliyin avtomobil dayanacağında törədilib. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.

Partlayışın terror aktı olduğu ehtimal edilir. Hadisə zamanı ən azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

***

(10:09)

Ən son məlumatlara görə, Adana Valiliyinin binasında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti