Keçmiş məhkumdan daha bir qanunsuzluq

Keçmiş məhkumdan daha bir qanunsuzluq
  26 Fevral 2013    Oxunub:1496
Yasamal rayonunda keçmiş məhkumların üzərindən xeyli miqdarda heroin aşkar edilib.
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, idarənin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dünən Yasamal rayonu Mikayıl Müşfiq küçəsi 1 saylı evin qarşısında əvvəllər məhkum olunmuş 1976-ci il təvəllüdlü Quliyev Elşad Abbasqulu oğlundan 610,14 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər əməliyyat zamanı isə İsmayıl Şıxəliyevdən 11,237 qram heroin aşkar edilərək götürülüb. Trend-in verdiyi məlumata görə, Şıxəliyev də əvvəllər məhkum həyatı yaşayıb. Hər iki faktla bağlı cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti