`Nizami Paşayev təmiz qələbə qazanıb` - Federasiyadan etiraz
"Dopinq problemi olan ağır atletlərimizin sayının artmasına gəlincə, bunu ölkəmizin həm ağır atletikası, həm də ümumilikdə idmanına tətbiq olunan ikili standartlar kimi dəyərləndiririk. İstər Nizami Paşayev, istərsə də digər atletlərimiz təmiz qələbələr qazanaraq Azərbaycanın bayrağını beynəlxalq arenada qaldıraraq bizə qürurlu anlar yaşadıblar. 8 ildən sonra analizlərin yenidən yoxlanılması və belə nəticələrə gəlib çıxılmasını ikili standartlardan başqa heç nə ilə əlaqələndirmək olmaz".
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdiyini əsas gətirərək azərbaycanlı atlet Nizami Paşayevin nəticəsini ləğv edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: