Bakı Şəhər Halqası `zamanı dondurdu`: Maraqlı fləşmob - VİDEO
AzVision.az f-1.az-a istinadla xatırladır ki, bütün dünya ictimaiyyəti yeni fləşmoba qoşulub – virtual məkan Harlem Shake və İce Bucket Challenge fləşmoblarından sonra yeni virusa yoluxub: Mannequin Challenge. Fləşmobun tarixi Florida ştatının Ceksonvill məktəbinin şagirdlərinin videosu ilə başlayıb – şagirdlər bir müddət donaraq hərəkətsiz qaldıqlarını kameraya köçürdükdən sonra internetdə yaymışdılar.
Fləşmobun məqsədi “zamanın dondurulması” effektini göstərməkdir – bir qrup insan hərəkətsizliyini saxlamalıdır, bu zaman çəkiliş aparan şəxs onların arası ilə hərəkət etməlidir. Mannequin Challenge-ə onlarla idman və şou-biznes ulduzları da qoşulub. Artıq növbə avtoidmana da yetişib.
Birinci olaraq Formula E seriyasında yarışan Virgin Racing komandası rəsmi YouTube kanalında yarışın ortasında maşının dəyişməsi prosesində “zamanı dondurmuşdu”:
Bundan sonra Dünya Dözümülülük Çempionatının (WEC) Signatech Alpine komandası yarışın gedişində pit-stop və sürücünün dəyişməsi anını “dondurub”…
Onların bu günlərdə Bəhreyndə yarışan ByKolles komandasından olan həmkarları da öz videolarını yayıblar:
Phoenix Raceway trasının əməkdaşları NASCAR Trucks komandasının sürücüsü Daniel Suaresin qələbəsini bayram etməsini “dondurublar”. Dünya Ralli Çempionatının (WRC) M-Sport komandası da fləşmoba qoşulub.
Britaniya mətbuatında WEC Aston Martin komandasının videosu reytinqlərə başçılıq edir:
Amma bizim fikrimizcə, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin əməkdaşlarının ofisdə “zamanı dondurmaları” daha maraqlı alınıb…