Azərbaycan-Almaniya oyununun yeri dəyişdi

Azərbaycan-Almaniya oyununun yeri dəyişdi
  14 Noyabr 2016    Oxunub:1894
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununun yeri rəsmiləşib.
AzVision.az-ın məlumatına görə, 2017-ci il martın 26-da Bakıda keçiriləcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Öncədən bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar arenada müvafiq təşkilati işlərin həyata keçiriləcəyi planları dəyişib. Bu üzdən Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb. Artıq bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti