Paytaxtda yanğın: 1 ölü

Paytaxtda yanğın: 1 ölü
  26 Fevral 2013    Oxunub:2067
Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv. m olan birmərtəbəli ikiotaqlı evin 1 otağında ev əşyaları 15 kv. m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:  





Xəbər lenti