Cüdoçumuz Avropa çempionu oldu

Cüdoçumuz Avropa çempionu oldu
  12 Noyabr 2016    Oxunub:2149
İsrailin paytaxtı Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.
AzVision.az xəbər verir ki, təmsilçimiz Hidayət Heydərov (73 kq) final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb.

Rəqibini ippon fəndi ilə məğlub edən cüdoçumuz Avropa çempionu adını qazanıb.

Digər cüdoçumuz Telman Vəliyev (66 kq) dörddəbir finalda Matteo Medves (İtaliya) ilə üz-üzə gəlib. İtaliyalı idmançıya böyük xal fərqi ilə qalib gələn təmsilçimiz yarımfinalda moldovalı Denis Vieruya uduzub. O, bürünc medal uğrunda görüşdə Aleksander Raskopine (İsrail) də məğlub olaraq çempionatı beşinci pillədə başa vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti