`Reyncer`lər millimizin köməyinə çatdı
“Robert Proseineçkinin yetirmələri daha yaxşı şəraitə malik futbol meydançasında məşq etmək üçün Şimali İrlandiya ilə oyundan üç gün əvvəl Belfasta gəlib. Azərbaycan millisi Şimali İrlandiyaya bu ölkənin futbol millisindən də bir gün tez gəlib”.
Lakin meydançada problemlər meydana çıxıb. Çərşənbə günü Azərbaycan millisinə bildirilib ki, “Qlentoran” klubunun meydanı yağışla əlaqədar suyun altında qalıb, “Kruzeydars” və “Kliftonvil” klublarının meydanları isə əvvəlcədən bron edilib.
Azərbaycan millisinin köməyinə yarımhəvəskar “Kerrik Reyncers” klubu gəlib. Klub öz meydanını məşq etmək üçün futbolçularımızın ixtiyarına verib. Nəticədə Azərbaycan millisi məşq etmək üçün 30 dəqiqəlik məsafə qət etməli olub.
Eldar Tanrıverdiyev
AzVision.az